Təbiilik
Bahar vaxtı gülən torpaq, Süfrə açan çəmən olar. Çiçəklərin şirəsini Süzən olar, əmən olar, Gül-çiçəyin təravəti təbiidir. Budaqlara bar yaraşır, Zirvələrə qar yaraşır, Uca dağın əzəməti təbiidir.
Şəfəqlərin hüsnünə bax, Neçə rəngi, naxışı var. Günəşin də, ulduzun da Öz təbii baxışı var. Göyün yerə məhəbbəti təbiidir, Təbiətin təbiəti təbiidir.
1971, 20 oktyabr