Əsas məzmuna keç

Heca şeiri

Təbiətin muğamatı

Zəlimxan Yaqub

1

Dağlara qovuşub daşlar oxuyur, Daşlara qoşulub quşlar oxuyur. Arıyla qol-boyun çiçək oxuyur, Buludla baş-başa şimşək oxuyur. Gövdələr oxuyur budaq dilində, Dalğalar zəngulə, təpələr nənni, Çeşmələr xanəndə, çaylar müğənni, Bulaqlar oxuyur “Segah” dilində, Təbiət oxuyur Allah dilində. Düz-dünya dil açıb, yer-göy oxuyur, Mənim ürəyimdə coşan, çağlayan, Görünən yerlərin rəngi, cilvəsi, Görünməz göylərin yeddi qatıdı. Bu da təbiətin səs xəzinəsi, Bu da təbiətin muğamatıdı.

2003, 13 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.