Təbiətin bir anı
Göy üzü dünyaya açıq, Göy üzündə bulud yoxdu. Yer üzü dünyaya açıq, Heç bir yerdə kilid yoxdu. Eşidən qulaqlar açıq, Dodaqlarda sükut yoxdu. Bu, hurilər dünyasıdı, Belə yerdə dirilik var, Ölü yoxdu, tabut yoxdu. Təbiətin bu qədər ki, Yaşatmağa imkanı var, Yalan sözdü, hər kim desə, Yaşamağa ümid yoxdu.
2002, 19 yanvar Altıağac