Təbiət – insan
Ən böyük təbiəti Allah insana verdi, Uca-uca zirvələr ucalan başımızdı. Alın qırışlarında tale yazıları var, Qat-qat olan qayalar çatılan qaşımızdı.
Qarşı yatan dağları mehvərindən laxladıb, Zaman nə dağlar basıb, nə sinələr dağladıb. Tanrı tarixlər boyu çox analar ağladıb, Yağan yağışlar deyil, tökülən yaşımızdı.
Ovlarımız ovlanıb, quşlarımız quşlanıb, Bağrımızın başına qanlı oxlar tuşlanıb. Xırmanımız döyülüb, torpağımız xışlanıb, Gördüyümüz nə varsa, canlı yaddaşımızdı.