Əsas məzmuna keç

Heca şeiri

Tarsusun şəlaləsi

Zəlimxan Yaqub

1
Behcət Kamal Çağların xatirəsinə

Suları çıraqlıdı, Saçları daraqlıdı, Naz eləsə haqlıdı Tarsusun şəlaləsi.

Həm yürüş, həm yarışdı, Haqqa doğru varışdı, Həm savaş, həm barışdı, Tarsusun şəlaləsi.

O çağlaya, yar susa, Kaman susa, tar susa, Bir vergidi Tarsusa Tarsusun şəlaləsi.

Ruhumu şən eylədi, Dağlara tən eylədi, Məni məndən eylədi, Tarsusun şəlaləsi.

Yaylağı yaylam oldu, Suları laylam oldu. Məcnunam, Leylam oldu, Tarsusun şəlaləsi.

Gecə-gündüz oxuyur, Səs çələngi toxuyur, Qaracoğlan qoxuyur, Tarsusun şəlaləsi.

Özünə arxa bilib Güvəndiyi dağları. Məndən əvvəl coşdurub Behcət Kamal Çağları, Tarsusun şəlaləsi.

Adana, Türkiyə, 2009, 28 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.