Əsas məzmuna keç

Heca şeiri

Tarix

Zəlimxan Yaqub

1

Ruh dilində danışdır, Şah dilində danışdır, Dünənin zəmanəti, Ruhu incə tarixi.

Ələ, şumla, ək, çevir, Torpaq axtarış sevir. Xamlamış torpaq kimi, Qoyma dincə tarixi.

Dindirəni yoxdusa, Dili-ağzı açılmaz. Tilsimini qırmasan, Xəzinəsi saçılmaz. Qapılar aç üzünə, Qoyma qapı dalında, Sıxma küncə tarixi.

Təbrizdə nələr oldu, Nələr gördük Gəncədə? Çarpışırıq min ildi Yadla pəncə-pəncədə. Yüz illərdi Qarabağ Əzabda, işgəncədə, Tariximiz bir əzab, Bir işgəncə tarixi.

Qələmini itilə, Uzaq yollar qət eylə, Səni gözləyir, oğul, Bakı, Dərbənd, Borçalı, Təbriz, Gəncə tarixi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.