Əsas məzmuna keç

Heca şeiri

Tapşır baxışlarına

Zəlimxan Yaqub

1

Tək onu axtarmışam mən bütün ömrüm boyu, Gözlərinə əmr eylə, gözlərimdən itməsin. Hazıram sinəm üstə çiçəklər bitirməyə, O çiçək məni qoyub özgə yerdə bitməsin.

Bir əsim mehə dönüb saçını daraqlaram, Ruhuna sığal çəkib qəlbini varaqlaram. Tanrı sovqatı kimi gözüm üstə saxlaram, Səndən gələn nə varsa gəlsin, ancaq getməsin.

Mən elə düşünürdüm insafı var, rəhmi var, İnsan kimi dil bilir, düşüncəsi, fəhmi var. Nə amansız qəzəbi, nə allahsız zəhmi var, Tapşır baxışlarına, məni çox incitməsin.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.