Əsas məzmuna keç

Qoşma

Tapmazsan

Məxdumqulu Fəraqi

1

Neçə işi ağıl ilə cəm etsən, Fələk çaşır, bir gün hesab tapmazsan. Bu can sağlığında xeyir qazangil, Yer altına girsən, səvab tapmazsan.

Burda nə iş etsən, orda soraqlı, Yaxşıdan daim al öyüdü, ağlı, Ucal pillə-pillə, ey adəm oğlu, Alimlər azalsa, ədəb tapmazsan.

İyirmi yaşında ərin nə qəmi, Yıxar dağı, daşı, əridər dəmi, Bir gün ötər igidliyin mövsümü, Yüz ağla, yüz ara, cavab tapmazsan.

İgid olsan, gəzgil yaxşı ad ilən, Köhlən minib, gəzgil pərizad ilən, Ömrünü ötürgil cəmaət ilən, Məscidi yıxılsa, mehrab tapmazsan.

Məxdumqulu, deyər əcəb coş etdi, Ərənlər söhbətdə bir gün tuş etdi, Bir kasa mey verib gülgün, nuş etdi, Hər gün kasa dolu şərab tapmazsan.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.