Əsas məzmuna keç

Qoşma

Tapılmaz

Məxdumqulu Fəraqi

1

Yar, sənin tək gül pəri cümlə-cahanda tapılmaz, Zülfün ətri tək ənbər baği-reyhanda tapılmaz, Şirin göftar kəlamın kitap, Quranda tapılmaz, İncidir dəndanların heç bir dəhanda tapılmaz, Qızıl təxti-eyvanın ol Süleymanda tapılmaz, Ruyin üzrə hindi xallar Hindistanda tapılmaz, Sənin kimi aypəri Rum, Əfqanda tapılmaz, İran, Çin-Maçini gəzsəm, Türküstanda tapılmaz, Gülçöhrədən ətirlərn bu zəmində tapılmaz, Boynun ətrafında mərcan ol Qarunda tapılmaz, Qaşlarının siratı heç bir kamanda tapılmaz, Qollarında şayların gənci-nihanda tapılmaz, Sənin kimi adil şah, xanü sultanda tapılmaz, Dəhanından çıxan səba Dehistanda tapılmaz, Yeyər olsan nazü nemət dəstərxanda tapılmaz, Göftarındır bülbül zəban, bu süxəndə tapılmaz, Təxti-ərkan bəzəyin gənci-kanda tapılmaz, Mən kimi bir zavallı halı zəbunda tapılmaz.

Qoynun içrə bitən ənar bağ-bostanda tapılmaz, Sənin kimi aypəri laməkanda tapılmaz, Siyah zülfi-sünbülün Zərəfşanda tapılmaz, Xəncərdir, yar, müjganın, çox müjganda tapılmaz, Mənim kimi eşqə yanan var pərvanda tapılmaz, Mənim kimi bir binəva bir hicranda tapılmaz, Könlüm kimin bir cövlan yazi-güyunda tapılmaz, Kakillərin xan qılar sərvi-xuramanda tapılmaz, Mey-məsti heyran qılan əncüməndə tapılmaz, Taqət edib oturan darül-amanda tapılmaz, Eşq atəşdən yara alan natəvanda tapılmaz, Neyləyim, eşqin yaxar, duzəx-suzanda tapılmaz, Abi-kövsər suyun içən cavidanda tapılmaz, Nə şirindir sözlərin, heç bir zəbanda tapılmaz, Mənim kimi viran olan axır zamanda tapılmaz, Səndən gözəli gözləsəm, bir insanda tapılmaz, Ah, neyləyim, ol ənbərin güldə-reyhanda tapılmaz, Dərdli cana sən dərmansan, bir dərmanda tapılmaz.

Qış fəslimdə gələn leysan, bahar leysanda tapılmaz, Ömrüm çəkən cəfası ol hicran-xəzanda tapılmaz, Bu dərdimin bir dərmanı, vah, Loğmanda tapılmaz, Bulğar, Çin-Maçini gəzsəm, İsfahanda tapılmaz, Neylək, könül bənd olubdur bir pünhanda tapılmaz, Gül ruyin tək əcəb camal heç əlvanda tapılmaz, Məxdumqulu, sən tək göftar heyvan-insanda tapılmaz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.