Əsas məzmuna keç

Heca şeiri

Tanrının üzü kimi

Zəlimxan Yaqub

1

Dumduruyam, dumduru, Bulağın gözü kimi. Əritmişəm həsrəti Dağların buzu kimi. Duyğular ürəyimdə Bəslənir quzu kimi. Dadlıyam, bu dünyanın Çörəyi, duzu kimi. Doğulmuşam yerin eşqi, Göyün ulduzu kimi. Üz-gözüm işıqlanıb Tanrının üzü kimi.

Yalta, 2010, 21 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.