Tanrının adına yaradan dedik
Göydə süzmək üçün quşu yaratdı, Yerdə yatmaq üçün daşı yaratdı. Zamanı zamana qovuşdurmağa, Yaddaşı yaratdı, huşu yatardı, Tanrının adına Yaradan dedik.
Dağların dayağı düzü yaratdı, Haqqı görmək üçün gözü yaratdı, Özünə İlahi dedirtmək üçün İnsanı yaratdı, bizi yaratdı, Tanrının adına Yaradan dedik.
Qanqal da onundu, çiçək də onun, Fil də, qarışqa da, milçək də onun. Yersiz yer üzündə heç nəyi yoxdu, Çirkin də, gözəl də, göyçək də onun, Tanrının adına Yaradan dedik.
Baxdıq gələcəyə sabahım deyə, Güvəndik gücünə silahım deyə. Dilimiz duada, əlimiz Haqda, Göylərə boylandıq “Allahım” deyə, Tanrının adına Yaradan dedik.
Ömür sel ağzında bir sarı yarpaq, Yel vurdu, sel vurdu, dağdan aşacaq. “Seçmə durnamızı sıradan”, – dedik, “Şübhədən, gümandan qurtar bizləri, Çıxart könlümüzü qaradan”, – dedik, Tanrının adına Yaradan dedik.
2003, 10 avqust