Tanrım, sənə şükürlər
Tanrım, sənə çox şükür, Sənə tapınmaq üçün, Din və iman yaratdın. Düşüncələr qanadı, Ruh verdin, can yaratdın. Bir bəşər övladını Yüz il yaşatmaq üçün, Canda təpər, gözdə nur, Damarda qan yaratdın. Qaşlarım çatılanda, Dərdimi tək qoymadın, Dərdə dərman yaratdın. Tanrım, sənə şükürlər, Məni insan yaratdın. Dili təmiz dualı, Qəlbi isti yuvalı, Könlü şirin havalı, Tanrıdan qüvvət alan, Tanrı sazını çalan, Bir ozanı səslədin, Bir Zəlimxan yaratdın!
2000, 24 aprel Ankara