Əsas məzmuna keç

Qoşma

Tanrım, məni bu meydanda təkləmə

Zəlimxan Yaqub

2

Tanrım, məni bu meydanda təkləmə, Qohum da ver, yaxın da ver, yad da ver. Yerin, göyün nemətini dadmağa, Zəhmət də ver, ləzzət ver, dad da ver.

Başlamışam döyüşlərin məşqinə, Sellər coşsa, salma məni daşqına, Yaratdığım nəğmələrin eşqinə İşıq da ver, ocaq da ver, od da ver.

Sən özünsən istedadın sahibi, Qəlbin, ruhun, qol-qanadın sahibi. Qıyma mənə, min bir adın sahibi, Nüfuz da ver, nəfəs də ver, ad da ver!

2007, 25 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.