Əsas məzmuna keç

Qoşma

Tanrım

Zəlimxan Yaqub

1

Həmişə yüksəliş həsrətindəyəm, Məni yüksəklərə tuş eylə, Tanrım! Bir zirvə yanında zirvəyə döndər, Bir qartal yanında quş eylə, Tanrım!

Yandır, közə döndər, kömürə döndər, Qayalar üstündə mamıra döndər. Məni daşa döndər, dəmirə döndər, Bir qala bürcündə daş eylə, Tanrım!

Qovuşdur ilhamı qaynar çağına, Qaldır söz gəmimi Ağrı dağına. Döndər misraları dağ bulağına, Sən də o çeşmədən nuş eylə, Tanrım!

Qəlbində ləkə yox, ruhunda zədə, Dədələr zirvədi, zirvələr dədə. Məni uca saxla öldürəndə də, Belə bir müqəddəs iş eylə, Tanrım!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.