Əsas məzmuna keç

Qoşma

Tanrıdı

Zəlimxan Yaqub

1

Səni nə zamandı görmürəm deyən, Məni zərrə-zərrə görən Tanrıdı. Göyərdən, bitirən, gözəlləşdirən, Şirin meyvə kimi dərən Tanrıdı.

Olmadım kimsənin haqqını danan, Haqdı içərimdən qalxan, boylanan. Gündüzlər Günəşdi gözümdə yanan, Gecələr yuxuma girən Tanrıdı.

Urvata mindirər sözü, kəlməni, Dərgaha qaldırar bir cüt əl məni. Bu yolu, yoxuşu, bu yüksəlməni Yazan Zəlimxandı, verən Tanrıdı.

2006, 17 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.