Əsas məzmuna keç

Gəraylı

Tanrı cavan, qoca bilməz

Zəlimxan Yaqub

1

Çox da böyükdü arzular, Yüzə qoymaz, yüzdən kəsər. Başqa ömrə calamaqçün, Tale ömrümüzdən kəsər.

Tufan salar, qan eyləyər, Gedəni yoldan eyləyər. Kimini qoldan eyləyər, Kimini də düzdən kəsər.

Tanrı cavan, qoca bilməz, Yüz də ağla, yaşı silməz. Özündən heç nə kəsilməz, Nəyi kəssə, bizdən kəsər.

2003, 16 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.