Taleyimiz
Əlimiz qısadı, dilimiz gödək, Hanı tüfəngimiz, topumuz bizim. Özümüz bir bələn aşa bilmədik, Yeddi bələn aşdı gopumuz bizim.
Tufana yem olduq, yellər əsəndə, Taqsırı səndədi, günahı məndə. Dərdli başımızı balta kəsəndə, Özümüzdən oldu sapımız bizim.
Öləni dirilməz, köçəni gəlməz, İtəni tapılmaz, qaçanı gəlməz. Qıfılı açılmaz, açanı gəlməz, Tilsimlə bağlanıb qapımız bizim!