Talenin işidi
Ürəklər zədəli, könüllər yara, Kim tapar, kim tapmaz dərdinə çara. Günlər ağ gələcək, yoxsa ki, qara, Talenin işidi, baxtın işidi.
Kimin qazandığı günah olacaq, Kimin Əzrayılı tamah olacaq, Kim vəzir olacaq, kim şah olacaq, Tanrının işidi, taxtın işidi.
Həqiqət deməkdən qabar olub dil, Qarışqa çox gülüb, yıxılanda fil. Bu dünya heç zaman düzələn deyil, Yalandı, kim desə vaxtın işidi.
2000, 12 avqust