Əsas məzmuna keç

Müstəzad

Ta qıldı təcəlli bu mənim könlümə Allah

İmadəddin Nəsimi

1

Ta qıldı təcəlli bu mənim könlümə Allah, Lütf eylə eyvüllah, Firqətdə yanan könlümə vəsl irdi bədilxah Əlminnətülillah. Nigah irişdi mənə ilham ze həzrət, Qəflətdən oyandım, Vəhdət günəşi doğduvü şam oldu səhərgah, Qəm qalmadı billah. Əz qeybi-hüviyyət mana nitqi-əhədiyyət Ayıtdı, fəqir ol, Tərk eylədim uş mülk ilə malü vətənü cah Yüz dutdum iləllah. Fani oxuram dünyanı əz ruyi-həqiqət, Didara dəyişdim. Təcrid olub ayıtdım ki, təvəkkəltü əlallah, Qül külli minallah. Hər nəsnə irişdi mana əz ruyi-məhəbbət, Əz-həzrəti-ali, Rədiyyət ilə nəsnəyə mən qılmadım ikrah, Ta olmaya birah.

______________________Milli Kitabxana_______________________

Mə’şuqi-həqiqi zi kərəm çünki buraxdı, Bürqə zi rüxi-xud, Məhv oldu fələklərdə kəvakib, günəşü mah Qıl səcdə bedərgah. Gəl arif isən qoyma Nəsimi, dəmin əldən, Sən adəmi tanı, Ürfan ilə qıl dünyada bazar məallah, Ta qıla nəzər şah.

______________________Milli Kitabxana_______________________

______________________Milli Kitabxana_______________________

______________________Milli Kitabxana_______________________

Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Nigah – Baxış; Fəqir – Yoxsul; Didar – Görüş; Nəsnə – Bir şey; Bürqə – Niqab, örtük

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.