Sürücüyəm
Bəhlul yaman çox sevir, Avtobusu, maşını. Oyuncaqlar, oyunlar Qatır onun başını. Gizlə oyuncağını, Baxışları durulmaz. Gecə keçər yarıdan, Oynamaqdan yorulmaz. Maşından söz düşəndə Elə bil artır gücü. Deyir, ata, bura bax, Sürücüyəm, sürücü.