Süpürgəçi
Qoy külək dayansın, ay süpürgəçi, Süpürmə, zəhmətin yelə gedəcək. Bakının bu dəli küləklərinə Nə ağıl öyrətsən, belə gedəcək.
Dolur gözlərinə, kirpiklərinə, Çirkabı qaytarır, kiri qaytarır. Güləşə çıxmısan yellə, küləklə, Nəyi atırsansa, geri qaytarır.
Zibillik də çoxdu, zibillər də çox, Sənsə süpürgənlə təksən ki, təksən. O qədər zibil var yerin canında, Sən Allah olsan da, neyləyəcəksən?
2001, 2 aprel