Əsas məzmuna keç

Qoşma

Sular

Zəlimxan Yaqub

1

Dağda da, düzdə də ömrümüz kimi, Gecəli-gündüzlü çağlayar sular. Baharda gülməkdən uğunub gedər, Payızda kövrəlib ağlayar sular.

Öpüşü güllərin bəsidir, bəsi, Verər hər ləçəyə həyat nəfəsi. Müğənni dağların tutulmaz səsi, Dərə boğazını yağlayar sular.

Torpaq istəyincə içməsə onu, Yanar Əsli kimi çöllərin donu. Damladır əvvəli, dənizdir sonu, Bizi eşqimizə bağlayar sular.

1975, 12 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.