Əsas məzmuna keç

Qoşabeyt

Sual – cavab

Zəlimxan Yaqub

1

– Bu çay niyə nərə çəkir? – Arxasında qarlı dağ var!

– Bülbül niyə cəh-cəh vurur? – Xidmətində güllü bağ var!

– Çəmən niyə naz eyləyir? – Sinəsində gur bulaq var!

– Arı niyə bal gətirir? – Öpüşdüyü gül dodaq var!

– Könül niyə kökdən düşmür? – Tapındığı bir ocaq var!

– Şair niyə havalanır? – Güvəndiyi bu torpaq var!

2002, 14 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.