Əsas məzmuna keç

Heca şeiri

Sual-cavab

Zəlimxan Yaqub

1

– Günəş nə vaxt doğur? – Üzün güləndə, – Dan nə vaxt sökülür? – Sözün güləndə. – Cəhənnəm nə zaman cənnətə dönür? – Qəlbin sevinəndə, gözün güləndə!

– Bahar nə vaxt gəlir? – Buz əriyəndə, Qar dağda gec qızıb, tez əriyəndə. – Oğlan ürəyinə od nə vaxt düşür? – Qızın dodağında söz əriyəndə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.