Əsas məzmuna keç

Heca şeiri

Sual

Zəlimxan Yaqub

1

Gecə nə uzun olub, nə yaman çox yatmışıq. Çox yatmaq bəlasını tərk etmək mümkündürmü? Qılınc çəkib, at minib, torpaq alıb, iş görüb, Qaniçən düşmənlərə görk etmək mümkündürmü?

Vətən nə, millət nədir, yurd nədir, torpaq nədir, Od nədir, ocaq nədir, qönçə nə, yarpaq nədir? İgid nədir, qazi nə, şəhid nə, bayraq nədir, Ölmüş ruhu yenidən tərk etmək mümkündürmü?

Kimdən soraq millətin haqqını, hesabını? Niyə bizə veriblər dünyanın əzabını? Sualı verən bizik, kim versin cavabını? Əvvəl-axır bu dərdi dərk etmək mümkündürmü?

2000, 28 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.