Sual
Başına hava gələn dövlətlər var, Bulandırır dünyanın havasını, Özünün bir çöpü itsə dünyanı dağıdar, Dağıdır min-min çöp bahasına başa gələn quşların yuvasını.
Özündə bir adam öləndə, Matəm günü elan edir. Tutmur, tutmaq istəmir, ancaq İraqda, Əfqanıstanda, Xocalıda, Qoşun-qoşun ölənlərin yasını. Görəsən elə bir oğul gələcəkmi dünyaya, Kəsə birdəfəlik xeyirlə şərin, Haqq ilə nahaqqın səngiməz davasını!
2010, 31 may