Su təcnisi
Suyu varsa, həyatı var dünyanın, Su dövlətdi, su sərvətdi, su vardı. Zaman yudu, dənizləri qurutdu, Bu dağlarda göylər boyda su vardı.
Dəniz olar damla-damla damar su, Ürək sudu, böyrək sudu, damar su. Yer qalmasın su üzünə tamarzı, Həyat güldü, hara axdı, suvardı.
Yağış yağdı, axdı, gəldi arxa su, Qabaq sudu, qənşər sudu, arxa su. Təcnis oldu Zəlimxanın arxası, Söz bağını cinaslarla suvardı.
2009