Əsas məzmuna keç

Heca şeiri

Su içməyə gələn qız

Zəlimxan Yaqub

1

Su içməyə gələn qız, İç, halal xoşun olsun. Burda növbə sənindi, Keç, halal xoşun olsun.

Bir alışan can durur, Durur, beyni qan durur. Sevən bir oğlan durur, Seç, halal xoşun olsun.

Su varsa, içməlisən, Yarını seçməlisən, Bir qəlbə köçməlisən, Köç, halal xoşun olsun.

2005, 27 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.