Əsas məzmuna keç

Heca şeiri

Sözünü birbaşa de

Zəlimxan Yaqub

1

Milçəktək vızıldama, Çibantək sızıldama, Mal kimi mızıldama, Pıçhapıça haşa de. Kişisən aydın danış, Sözünü birbaşa de!

Ruh dinsin, can danışsın, Təkcə dil danışmasın, Damarda qan danışsın. İstəyirsən insana, İstəyirsən daşa de, Kişisən aydın danış, Sözünü birbaşa de!

Dil varsa, dodaq varsa, Dodağın altı nədir? Boy varsa, buxun varsa, Kölgə, qaraltı nədir? Dünya dolu işıqsa, Ürəyin xıltı nədir? Xırdalama insanı, Ona bəy de, paşa de! Kişisən aydın danış, Sözünü birbaşa de!

2001, 16 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.