Əsas məzmuna keç

Gəraylı

Sözünü bir söyləyənin

Şah İsmayıl Xətai

1

Sözünü bir söyləyənin Sözünü edər sağ bir söz. Pir nəfəsin dinləyənin Yüzünü edər ağ bir söz.

Bir söz vardır xalq içində, Dəxi söz var xülq içində, Olmaya ki, dəlq içində Deyəsən çarqadağ bir söz.

Söz vardır, kəsdirər başı, Söz vardır, kəsər savaşı, Söz vardır ağulu aşı, Bal ilən edər yağ bir söz.

Sözünü yaxşı bişirgil, Yaxşı us ilə düşürgil, Yaramazını şaşırgil, Canına olur dağ bir söz.

İstərəm görəyim yarı, Bu rəmzi anlagil barı, Hezaran əhli-iqrarı Elər qara toprağ bir söz.

Şah Xətayi ayatından, Sözün söylə öz zatından, Olmaya kim, pir qatından Səni edə irağ bir söz.

Lüğət: Pir – qoca; Xülq – təbiət, xasiyyət; Dəlq – dərviş paltarı, yoxsul geyim; Bal – qanad; Qatında – yanında

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.