Sözün həyatı
Hər yerdə uğurlu tale gözləyər, Saf niyyət sahibi, saf ər şairi. Gədiklər başında Lələ gözləyər, Hər gün səfərdədi səfər şairi.
Onu təyyarələr qaldırar göyə, Gəmilər limandan limana çəkər. Şairin səfəri beş günlük deyil, Tarixi – zamandan zamana çəkər.
Şeirini varağa köçürmək üçün Durnalar göylərdən lələk göndərər. Yerdə insan olar gücü, sirdaşı, Göydən ilhamını mələk göndərər.
Şair bu dünyanı boşuna gəzməz, Hər səfər bir tarix, bir kitab olar. Şairin ürəyi dolar, boşalar, Sözün həyatında inqilab olar.
2009, iyul