Əsas məzmuna keç

Qoşma

Söz

Zəlimxan Yaqub

1

Məni susdurammaz düşmən gülləsi, Məlhəmdi qəlbimin yarasında söz. Qüdrətdi dilimin şah damarında, İşıqdı gözümün qarasında söz.

Söz üçün ən ulu dərgaha vardım, Mən sözün eşqinə sinəmi yardım. Axtara-axtara gedib tapardım, Olsaydı dünyanın harasında söz.

“Ol!” – dedi, dünyanı sözdən yaratdı, Tanrı da söz ilə şöhrətə çatdı. Dağılmaz, yıxılmaz körpülər atdı, Ağılla ürəyin arasında söz.

2006, 19 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.