Əsas məzmuna keç

Qoşma

Söz

Zəlimxan Yaqub

1

Qarşımda varaqdı, əlimdə qələm, Sözün bölümündə, bölgəsindəyəm. Söz yaşıl ağacdı, mən sevən adam, Böyük yaşıllığın kölgəsindəyəm.

Söz ilə yaşanıb tarixdə hər yaş, Söz ilə qoyulub daş üstünə daş. Söz böyük vətəndi, şair vətəndaş, Sözün ən müqəddəs ölkəsindəyəm.

Sözlə bu dünyanı quran olmuşam, Sözlə kitab olub, Quran olmuşam, Sözlə Türk olmuşam, Turan olmuşam, Sözün Oğuzunda, Bilgəsindəyəm.

2003, 13 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.