Söz
Bütün gecə axtarmışam, Axşam itirdiyim sözü. İlham adlı bir ağacdan, Bar kimi dərdiyim sözü.
Mənzilə çatmaq istədim, Bəxti oyatmaq istədim, Ox kimi atmaq istədim, Yay kimi gəzdiyim sözü.
Dərd yükümü ağırladı, Dəftər-qələm fağırladı, Qəlbimdən kim oğurladı, Qəlbinə girdiyim sözü?
2003, 1 aprel