Əsas məzmuna keç

Heca şeiri

Söz

Zəlimxan Yaqub

1

Söz canlıdı insan kimi, Sözün sevinən, qəmlənən, Sözün ağrıyan yeri var. Söz güclüdü silah kimi, Asan, kəsən, qıran, tökən, Sözün doğrayan yeri var. Söz kəskindi qılınc kimi, Sərrast vuran oğul gərək, Qəbzəsində qan yeri var. Söz nurludu səhər kimi, Yolda qoymaz yolçuları, İşığında dan yeri var.

2001, 1 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.