Əsas məzmuna keç

Qoşma

Soyutma

Zəlimxan Yaqub

2

Qardaş, qana tuş gəlsə də qışımız, Ocağını oddan, közdən soyutma. Əllərini üzmə vaxtın əlindən, Ayağını yoldan, izdən soyutma.

Meydana gir, durub baxma qıraqdan, Al gücünü Vətən adlı çıraqdan. Qələmini ayrı salma varaqdan, Şəkər dili şirin sözdən soyutma.

Yetim görsən, ona ürək-dirək ver, Yoxsul görsən, aç süfrəni, çörək ver. Sevgin varsa, gül bağışla, çiçək ver, İstəyini ala gözdən soyutma.

Gözümüzdən tökmək üçün yaşı var, Başımıza yağmaq üçün daşı var. Bu həyatdı, baharı var, qışı var, Səfərini dağdan, düzdən soyutma!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.