Söylədim yarə ki, ey məh, gəlib əyyami-bahar
Söylədim yarə ki, ey məh, gəlib əyyami-bahar, Güldü naz ilə ki bilməm yenə bu sözdə nə var. Dedim: – Ey mayeyi-can, gülşənü səhra dəmidir – Ki, gülü laləyə pirayə qılır badi-bahar. Pərdədən çıxdı yenə gülşən-ara şahidi-gül, Qalmadı xatiri-bülbüldə dəxi səbrü qərar. Sünbülün türrəsini şanə qılıb badi-səhər, Kuhü səhraları hər ləhzə qılır qaliyəbar. Dəşt-ara qülqüleyi-qümriyü sarü səlsəl, Nərgisin açdı gözün xabdən etdi bidar. Lalə doldurdu meyi-jalə ilə camını kim, Bağ şahidlərini qoymaya bir dəm huşyar. Bir tərəf tarü dəfü hayü heyi-sadəpərəst, Bir tərəf nayü neyü nöqlü meyi-badəgüsar. Qarışıb bir-birinə şeyxü müridü mürşid, Səhni-gülzarı qılır seyr, çıxıb xurdü kübar. Dedi: – Ey aşiqi-dilsuxteyi-xamtəmə, Belə bihudə xəyalatdən et istiğfar! Aşiqi-zarə və lazımdı təmaşayi-çəmən, Talibi-yarə nə hacətdi həvayi-xəsü xar? İstəsən laləvü gül, qıl rüxi-alimə nəzər, Eyləsən meyli-çəmən, et səri-kuyimə güzar. Qönçəni eylə təsəvvür ki, dəhanım kimidir, Leyk yox qönçədə hərgiz belə şirin göftar. Sünbülü tut ki, səri-zülfümə bənzər, amma Bağlıdırmı ona zülfüm kimi yüz min dili-zar? Hanı zülfüm kimi sünbül, hanı ruyim kimi gül, Hanı güldə bu təravət, hanı sünbüldə bu tar? Ola bir yerdə ki zülfi-siyəhim nafəgüşa, Nə rəvadır ki edə ərz mətaın əttar. Nərgizi tut ki, bieyneh, elə bənzər gözümə, Hanı nərgizdə bu qəmzə, hanı onda bu xumar? Tutalım ki, qədi-movzunuma xud bənzər sərv, Bu rəvişdə hanı bir sərvdə movzun rəftar?