Söylə görüm yapdığını
Şeytan girsə ürəyinə, ora daha mələk gəlməz, Özün düşün, özün anla, haqq yolundan sapdığını.
Kara gələ bilməyəcək nə bir tövbə, nə yalvarış, Tanrım sənə göstərəndə qiyamətin qopduğunu.
Allah nuru, haqq işığı, əldən getsə, yazıq sənə. İnsan bir də tapa bilməz, yüz də gəzsin, tapdığını.
Şirin sözü əfsanədi, Fərhad külüng çala bilməz. Bir Allahın eşqi ilə igid çapar çapdığını.
Hər insanın qarşısında hər gün çətin sual durur. Allah üçün nə yapmısan, söylə görüm yapdığını.
2008, 10 mart Almaniya, Münhen ürək xəstəxanası