Əsas məzmuna keç

Gəraylı

Söylə

Zəlimxan Yaqub

1

Dərd içini yandıranda, Apar dağa-daşa söylə. Bir ömürdə nələr çəkdin, Nələr gəldi başa, söylə.

Qaldır zilə, endir pəsə, Səs ver səni duyan kəsə. Dərdini Haqq eşitməsə, Gözündəki yaşa söylə.

İllər keçsə sərt, necədir? Vaxt olsa namərd, necədir? Desələr ki, dərd necədir? – Çək əlindən haşa, söylə.

2004, 16 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.