Əsas məzmuna keç

Qoşma

Sonu dağı

Məxdumqulu Fəraqi

1

Canım, bizim Sonu dağı, Dağdağanlı belin sənin. Yağı görsə qarşılaşar Yomut, göylən elin sənin.

Öylükdə yaylanı qursaq, At çaparaq bayraq alsaq, Təmətədə oraq vursaq, Nə olar xəyalın sənin.

Çəmən keçər, bayır keçər, Qızılbayır könül açar, Soyuq çeşmə suyu içər, Burda çoxlu malın sənin.

Dürlü-tümən otun bitər, Hər dərən bir elə yetər, Qatarlaşıb karvan ötər, Harayadır yolun sənin.

Məxdumqulu dür seçəndə, Bu dövran səndən keçəndə, Üstündən elin köçəndə, Necə keçər halın sənin?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.