Əsas məzmuna keç

Qoşma

Sonradan ağlama Zəlimxan üçün

Zəlimxan Yaqub

1

Yanımda sən varsan, üstümdə Allah, Xətrimə dəyməsən, O, dəyən deyil. Mənim bu ilahi azadlığıma, Sən bir söz deməsən, O, deyən deyil.

Şirinsən şöhrətdən, ucasan addan, Zərif gülüşlərin çıxarmı yaddan? Sevirəm, qorxum yox alovdan, oddan, Su məni yandıran, od əyən deyil.

Cəllad günahkardı axan qan üçün, Ev tikmək çətindi, ev yıxan üçün. Sonradan ağlama Zəlimxan üçün, Yüz fikir bir borcu ödəyən deyil.

2000, 11 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.