Əsas məzmuna keç

Sərbəst şeir

Sonradan...

Zəlimxan Yaqub

1

Mənə sevgilim deyən, Gözlərimdə işığım, Ağzımda dilim deyən, Gəz də, oyna da, gül də, Demirəm ki, lal dayan. Ancaq bərkə düşəndə Qaya kimi sal dayan! Budur sözümün canı, Tufan qopsa, laxlama! Ərtək saxlasan məni, Tez köçsəm də dünyadan, Heç yasımı saxlama! İndi oxşa, əzizlə, Peşman olub sonradan, Qəbrimi qucaqlama!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.