Əsas məzmuna keç

Heca şeiri

Son söz son nəfəs deyil

Zəlimxan Yaqub

1

Ön söz başqa şeydi, son söz başqa şey. Ön sözün olmasa, son sözün olmaz. Ürəksiz, ilhamsız min söz deyərsən, Yaddaşda qalası on sözün olmaz.

Əlini varaqdan ayırma qəti, Ön söz başlamaqdı, son söz dayanmaq. Şair qismətidi, şair qisməti Ön sözdə alışmaq, son sözdə yanmaq.

Çəkir öz canına işığı, zəri, Sözlər fikirlərin çələngi kimi. Son söz də kövrəldir saf ürəkləri, Məktəb illərinin son zəngi kimi.

Bir təzənə çəkdim hər gümüş simə, Səsim qulaqlardan gedən səs deyil. Mən nöqtə qoymuram şeirlərimə, Yazdığım son sözdü, son nəfəs deyil.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.