Sizindir
Sür, Fəth sərdar oğlu, gəldi vəxt, Yenə bu dövrani-Əli sizindir. Köhnə ağır dövlət tazə edər bəxt, Böyüklük, sərdarlıq yolu sizindir.
İlyas kimin əbr çökən sularda, Kavus kimin duman düşən dağlarda, Gəncli şəhər, Xıdır gəzən çöllərdə, Qadir verən dünya malı sizindir.
Bəxşişin bənd edər bilər-bilməzi, İqbalın nist edər doğru gəlməzi, Dükan kanı − Cahangirin almazı, Bədəxşan mədəni – ləli sizindir.
Qəhrinə kim düşsə – işə bulaşar, Kərəminə düşən – ərşə ulaşar, Böyüklük busatı sizə yaraşar, Firidunun fərd iqbalı sizindir.
Səmərqənd taxtında qurulan yaylara, Mehdi tək xilafsız səbzə paylara, Süleyman tək hökmün keçər sulara, İskəndər tək dərya salı sizindir.
Məşriqə üz vurub çıxsan Xorasan, Əvvəl kürd sizindir, sonra Yazır xan, Zir payi-əsbiniz İraq, İsfahan, Dağıstan həşəmi-heylı sizindir.
Məxdumqulu deyər, Rum tək oyanmaz, İskəndər gürzüdür döyülməz, sınmaz, Dağ kimin tərpənməz, dərya tək dönməz, Yomutun, göylənin eli sizindir.