Əsas məzmuna keç

Təcnis

Sini-sin

Aşıq Ələsgər

1

Hicran düşgünüyəm, qəm şikəstəsi, Axtarıram bu dünyanı sini-sin. Mürği-ruhum getməz səndən irağa, Qonşun olam, qəbul etsə sini, sin.*

Dost bağında bülbül qonmuş a dala**, Nazlı dilbər zülfün töküb a dala, Mərd istər ki, çörək verə, ad ala, Namərd gözlər mərd iyidin sinisin.

Ələsgərəm, mən də içdim badə hey, Əbcəd hesabıynan seçdim badə hey, Xəstə cismim tab eyləmir bada*** hey, Heç demirsən, gir qoynunda sin, isin.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.