Əsas məzmuna keç

Qoşma

Sinən üstə

Aşıq Ələsgər

1

Müddətdi gəzirəm mən "təbib"- deyə, Xəstəyəm, dərmanım var sinən üstə. Süddən ağdı, baldan şirin məmələr, Qüdrətdən xəlq olub, yar, sinən üstə.

Düşübsən nadanla gövhəri bilməz, Ağlasan, gözünün yaşını silməz, Nə qocalmaz, nə köhnəlməz, nə ölməz, Hər kimsəki, görsə nar sinən üstə.

Fidan əkib, şəcərələr bitirrəm, Bağbanıyam, tər şamama götürrəm, Vədə versən, ilqarıma yetirrəm, Bülbüləm, qoymaram xar sinən üstə.

Ələsgər qurtarmır dərdü fəraqdan, Söhbət nə lazımdı belə uzaqdan. Əmib kam alaydım, dildən, dodaqdan, Etsələr də qanım car sinən üstə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.