Sinəmdədir
Həsəd aparmıram ayna sulara, Çağlayan bulaqlar öz sinəmdədir. Hələ dil açmamış, üzə düşməmiş, Nəğmə sinəmdədir, söz sinəmdədir.
Xalqın yetirdiyi bara vurğunam, Yurdumdakı xoş bahara vurğunam. Odlar yurdu bu diyara vurğunam. Atəşi soyumaz köz sinəmdədir.
Mənliyimdə iradə var, dözüm var, Ürəyimdən ürəklərə sözüm var. Həqiqəti yaxşı seçən gözüm var, Hər şeyi düz görən göz sinəmdədir.
1968, 6 sentyabr