Sinəmdə var
Bilirsən könlümün nədi davası, Neçə yaraların, yar, sinəmdə var?! Yandırır canımı eşqin havası, Bimürvət, demirsən qar sinəmdə var.
Olmaz bir bu qədər işvə, qəmzə, naz, Payız keçdi, qış dolandı, oldu yaz. Allaha xoş gedər, dilin qurumaz, Nə olar, deyəsən nar sinəmdə var.
Gəlirəm, altıma palaz atmırsan, Səbəb nədi, məni alıb, satmırsan? Axşam olur, gəlib yerdə yatmırsan, Məlum, qocalıqdan kar sinəmdə var.
Yazıq Ələsgərəm, yorğun, naçağam, Belə işlərindən evdən qaçağam, Çox qocalmamışam, hələ qoçağam, Bir az namus, qeyrət, ar sinəmdə var.