Sığışmaz
Baxtım tərəqqidə, işim tənəzzül, İki sifət bir iqbala sığışmaz. Şəriəti anla, mərifəti bil, Şərü böhtan doğru yola sığışmaz.
Nadansan, qanmırsan xeyir-şərini, Tərsə oxuyaram xoş dəftərini. Tanı adamını, bil müştərini, Qarğı mizraq qıl çuvala sığışmaz.
Ələsgərə satma bu ərkinazı, Heç kəs olmaz belə işdən irazı, Tökərəm hörməti, alaram sazı, Şişər başın, bu mahala sığışmaz.