Şükür kərəminə
Xatirələrim dünənin əlindədi, Ümidlərim sabahın. Ömrün keçmişinə baxıram – Yarısı savabın içində əriyib, Yarısı günahın. Vaxtında bilmişəm Hardadı qibləm, Hardadı Məkkəm! Yolunu çaşmamışam, Haqq adlanan dərgahın. Verdiyi ömrü pis yaşamadım, Şükür qismətinə tanrının, Şükür kərəminə Allahın!